
Dünya Çempionatının qrup mərhələsinin son matçında bu gün ABŞ yığmasını 3:2 hesabı ilə məğlub edən Türkiyə millisinin gənc ulduzu Arda Güler oyundan sonra açıqlama verib.
Metbuat.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Türkiyəni layiqincə təmsil edə bilmədikləri üçün məyus olduqlarını bildirib:
“Türk xalqının ümidlərini doğrulda bilmədik. Azarkeşlərin tənqidlərindən xəbərim var. Təəssüf ki, onlara layiq oyun nümayiş etdirmədik. Hətta deyərdim ki, çox pis oynadıq. Azarkeş nə desə, haqlıdır. Türkiyəyə boynubükük dönürük. Üzgünəm”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

