
Bakı. Trend:
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı
əməliyyat zamanı 26 kiloqram narkotik aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.
Tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı yaşlı Taleh Əmrahov
saxlanılıb. Həmin şəxsdən ümumilikdə 26 kiloqram marixuana və 40
ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

