Dilarə Səlim vəzifəsindən azad edildi

Baş səhifə

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Mədəniyyət kanalında rəhbər vəzifədə dəyişiklik baş verib.

Metbuat.az Konkret.az-a istinadən xəbər verir ki, AzTV sədri Rövşən Məmmədovun əmri ilə Mədəniyyət kanalının direktoru Dilarə Səlimova vəzifəsindən azad edilib.

Onun yerinə isə indiyədək sədrin köməkçisi vəzifəsində çalışan Həmidağa Əsədzadə təyin olunub.

Rəhbər dəyişikliyinin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Təyinatın hansı tarixdən qüvvəyə mindiyi barədə də məlumat açıqlanmayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir