
Bakı. Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz
boğazında kommersiya gəmisinə edilən hücuma cavab olaraq İran
ərazisinə zərbələr endirdiyini açıqlayıb.
CENTCOM-un məlumatına görə, ABŞ aviasiyası İrana məxsus raket və
pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarları, eləcə də
sahilyanı radiolokasiya obyektlərini hədəfə alıb. Bildirilib ki, bu
addım iyunun 25-də İranın Sinqapur bayrağı altında üzən M/V Ever
Lovely yük gəmisinə kamikadze dronlarla hücum etməsindən sonra
atılıb.
Komandanlıq hücumun atəşkəs rejiminin və gəmiçilik azadlığının
pozulması olduğunu bəyan edib. CENTCOM əlavə edib ki, ABŞ qüvvələri
Hörmüz boğazından keçən kommersiya gəmilərinin təhlükəsizliyini
təmin etməyə və İranla əldə olunmuş razılaşmalara əməl olunmasına
nəzarəti davam etdirəcək.

