Fransa və Seneqaldan darmadağın – DÇ-2026

Baş səhifə

Bakı. Trend:

2026-cı il dünya çempionatında I qrupunda III turun oyunları
keçirilib.

Seneqal millisi İraq ilə qarşılaşıb. 5:0 hesablı qələbə qazanan
Seneqal 3 xalla 3-cü pillədə yer alıb.

Qrupun digər matçında isə Fransa Norveçlə üz-üzə gəlib. Burada
isə fransızlar 4:1 hesablı qələbə qazanaraq 9 xalla qrupu lider
tamamlayıb. Norveç isə 6 xalla 2-ci pillədə yer alıb.

Qeyd edək ki, qrupda son yeri 0 xalla İraq yığması tutub.

DÇ-2026
I qrupu, III tur
23:00. Seneqal – İraq 5:0




Qollar: Sek, 4, Sarr, 56, Qeye, 59, 71, İ.Ndiaye, 82

Qırmızı vərəqə: Sulaka, 10

23:00. Fransa – Norveç 4:1

Qollar: Dembele, 7, 20, 32, D.Doue, 90+4, – T. Asgard, 21

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir