Rayonlarda leysan yağır – FAKTİKİ HAVA

Baş səhifə

Bakı. Trend:

İyunun 27-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin
bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı
yerlərdə yağıntılar leysan xarakterlidir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Mətbuat Xidmətinin
yaydığı məlumatda qeyd olunur.




Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 54 (aylıq normanın
30%-i), Kəlbəcərdə 26 (aylıq normanın 30%-i), Şəki, Mingəçevir,
Şahbuzda 9, Zaqatala, Altıağac, Qusar (Laza), Şahdağda 7, Qrız,
Ağdamda 5, Bərdə, Beyləqanda 4, Yardımlı, İmişlidə 3, Sədərəkdə 2,
Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Astara,
Biləsuvar, Kürdəmir, Sabirabad, Naxçıvan, Daşkəsən, Gədəbəy, Gəncə,
Naftalan, Tovuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Şirvan,
Tərtər, Zərdab, Cəfərxan, Lerikdə 1 mm-dək qeydə alınıb.

Səhər saatlarından Bakıda və Abşeron yarımadasında yağış
müşahidə edilir və bəzi ərazilərdə lokal leysan xarakterlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir