
Bakı. Trend:
Yunanıstanın mərkəzindəki Viotia bölgəsində meşə yanğını baş
verib.
Xarici media yazır ki, yanğın yaxınlığında yaşayan sakinlərə
təcili xəbərdarlıq edilib, onlara ayıq-sayıq qalmaları və
səlahiyyətlilərin göstərişlərini gözləmələri tövsiyə edilib.
Yanğın Korinf körfəzinin şimal-şərq sahilində yerləşən Agios
Vasileios sahilyanı kəndin yaxınlığındakı meşəlik ərazidə baş
verib.
Yanğınsöndürmə xidməti 17 yanğınsöndürmə maşını, 51
yanğınsöndürən, 4-cü yanğınsöndürmə briqadasını, iki su təyyarəsi
və iki helikopter cəlb edib.
Yerli hakimiyyət orqanları hadisə yerinə su maşınları
göndərib.

