Zelenski Hikmət Cavadı təltif etdi –

Baş səhifə

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadı təltif edib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Hikmət Cavad Ukrayna dövlətçiliyinin möhkəmləndirilməsindəki əhəmiyyətli xidmətlərinə, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında nümayiş etdirdiyi cəsarət və fədakarlığa, ictimai həyatın müxtəlif sahələrinin inkişafına verdiyi mühüm şəxsi töhfələrə, eləcə də peşə borcunu vicdanla yerinə yetirdiyi üçün “Xidmətlərinə görə III dərəcəli” ordenlə təltif olunub.

Qeyd edək ki, hüquq elmləri doktoru olan Hikmət Cavad uzun illərdir Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir. O, həmçinin Ukrayna Ali Radası sədrinin müşaviri vəzifəsini icra edir.

Hikmət Cavad eyni zamanda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibidir. O, 2016-cı ildə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

zelenski-hikmet-cavadi-ordenle-teltif-etdi

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir