
Bakı. Trend:
“Fənərbağça” İngiltərədən hücumçu gətirməyi planlaşdırır.
İstanbul təmsilçisi “Vest Hem”in forvardı Tati Kastelyanosla
maraqlanır.
Hazırda tərəflər arasında danışıqlar gedir. “Fənərbağça”
argentinalı futbolçunu heyətinə qatmaqda israrlıdır. 27 yaşlı
forvard özü də Çempionşipdə oynamaq istəmir. Belə ki, “Vest Hem”
son mövsümdəki nəticələrə əsasən, İngiltərə Premyer Liqasını tərk
edib və yeni mövsümdən Çempionşipdə mübarizə aparacaq.
Kastelyanosun “Vest Hem”lə müqavilə müddəti 2030-cu il iyunun
30-na qədərdir. O, karyerası ərzində “Universidad de Çile”, “Nyu
York Siti”, “Jirona”, “Latsio” klublarında oynayıb.

