Azərbaycan cüdoçuları Avropa Açıq Turnirini dörd medalla başa vurublar

Baş səhifə

Bakı. Trend:

Azərbaycan cüdoçuları Çexiyanın paytaxtı Praqada təşkil olunan
Avropa Açıq Turnirini dörd medalla başa vurublar.

Yarışın son günündə 100 kq çəki dərəcəsində mübarizə aparan
Əjdər Bağırov finala yüksələrək gümüş medala layiq görülüb.




Turnirin ilk günündə isə 66 kq çəki dərəcəsində çıxış edən Elşən
Əsədov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Həmin
çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medala sahib çıxıb. Kamran
Süleymanov isə 73 kq çəki dərəcəsində bürünc mükafata
yiyələnib.

Beləliklə, Azərbaycan yığması Praqadakı turniri bir qızıl, iki
gümüş və bir bürünc olmaqla ümumilikdə dörd medalla başa vurub.
Komanda hesabında 38 ölkə arasında altıncı yeri tutan millimiz
kişilərin yarışında Fransa ilə ikinci və üçüncü pillələri
bölüşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir