
İyulda bürclərin bəxti bu tarixlərdə gətirəcək
Astroloqlar iyul ayında bürclərə uğur, yeni imkanlar və müsbət dəyişikliklər gətirəcək xüsusi günləri müəyyənləşdiriblər.
Metbuat.az həmin məlumatları təqdim edir:
Qoç
İyulun 5-i, 18-i və 27-si iş həyatı, gündəlik nizam və sağlamlıq məsələlərində müsbət təsirlərin ön plana çıxacağı uğurlu günlərdir.
Buğa
İyulun 5-i, 12-si və 24-ü iş görüşmələri, yeni başlanğıclar və maddi mövzular baxımından şanslı dövrlərdir.
Əkizlər
İyulun 7-si, 16-sı və 29-u ev, ailə və maliyyə məsələlərində çoxdan gözlənilən xəbərlərin gələ biləcəyi uğurlu günlərdir.
Xərçəng
İyulun 3-ü, 11-i və 25-i ünsiyyət, təhsil və sosial əhatədə yeni tanışlıqlar və uğurlu əməkdaşlıqlar vəd edir.
Şir
İyulun 9-u, 17-si və 26-sı ad günü dövrünü yaşayan Şirlər üçün xüsusilə pul və karyera sahəsində mühüm fürsətlər gətirəcək.
Qız
İyulun 10-u, 18-i və 30-u Yupiterin Şir bürcünə keçidi ilə birlikdə yeni başlanğıclar üçün şans qapılarını aralayır.
Tərəzi
İyulun 6-sı, 14-ü və 27-si uzun müddətdir təxirə salınan planları həyata keçirmək, karyera və sağlamlıqda müsbət irəliləyişlər əldə etmək üçün idealdır.
Əqrəb
İyulun 8-i, 15-i və 28-i sosial əhatə, dostluqlar və şəxsi münasibətlər baxımından gözlənilməz və şanslı təkliflərlə zəngindir.
Oxatan
İyulun 4-ü, 13-ü və 22-si iş həyatında uğurun artacağı və əməyin qarşılığını almaq üçün mühüm fürsətlərin yaranacağı günlərdir.
Oğlaq
İyulun 2-si, 19-u və 31-i səyahət, təhsil və xarici əlaqələrlə bağlı mövzularda güclü və uğurlu təsirlərə malikdir.
Dolça
İyulun 1-i, 20-si və 29-u maliyyə məsələləri, ortaq işlər, borclar və investisiyalar baxımından dəstəkləyici günlərdir.
Balıq
İyulun 7-si, 21-i və 30-u ikili münasibətlər və tərəfdaşlıqlar sahəsində yeni bir sevginin və ya uğurlu əməkdaşlığın başlanğıcı ola bilər.

