Narkotikin təsirində avtomobil idarə edən sürücü saxlanıldı

Baş səhifə

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı olmayan və çoxavazlı səs siqnalı ilə təchiz edilmiş “Tofaş” markalı, 77-MQ-054 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tərlan Əliyev saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb

Məlumata görə, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı T.Əliyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Əliyev 30 sutka inzibati qaydada həbs edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir