Visa Direct 195 ölkədə 12 milyarddan çox ödəniş qəbul nöqtəsini əhatə edir

Baş səhifə

Bakı. Trend:

Visa Direct platforması həm ölkədaxili, həm də transsərhəd pul
köçürmələri imkanlarını genişləndirir.

Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu Parisdə keçirilən Ödəniş Forumu
çərçivəsində məlumat sessiyasında Visa-nın CEMEA regionu üzrə
kommersiya və pul köçürmələri həlləri istiqamətinin rəhbəri, baş
vitse-prezidenti Şahbaz Xan deyib.

Onun sözlərinə görə, Visa Direct təchizatçılara, əməkdaşlara və
podratçılara ödənişlərin sadələşdirilməsi, eləcə də həm ölkədaxili,
həm də beynəlxalq pul köçürmələrinin sürətləndirilməsi üçün nəzərdə
tutulub.

“Biz vəsaitləri Visa kartlarına, bank hesablarına və ya mobil
cüzdanlara yönləndirməyə imkan verən, 12 milyarddan çox ödəniş
qəbul nöqtəsini əhatə edən platforma yaratmışıq”, – deyə o
bildirib.




Ş.Xan qeyd edib ki, Visa Direct 195 ölkədə fəaliyyət göstərir və
150-dən çox valyutanı dəstəkləyir. Bu isə istifadəçilərə ənənəvi
bank sistemində daha mürəkkəb və vaxt aparan əməliyyatları daha
rahat həyata keçirməyə imkan verir.

O vurğulayıb ki, platformaya çıxış Visa-nın tərəfdaş bankları
vasitəsilə təmin olunur və bu da xidməti mövcud maliyyə
infrastrukturunun ayrılmaz hissəsinə çevirir.

“Visa Direct vasitəsilə ənənəvi bank sistemində həyata
keçirilməsi daha çətin olan ödənişləri reallaşdıra bilərsiniz”, –
deyə şirkət nümayəndəsi əlavə edib.

Qeyd edək ki, Visa, Visa Direct platformasını müxtəlif növ
maliyyə hesabları və ödəniş alətləri arasında sürətli və çevik pul
köçürmələrini təmin edən qlobal ödəniş ekosisteminin inkişaf
strategiyasının əsas elementlərindən biri hesab edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir