Daha 6 itkin-şəhid dəfn ediləcək

Baş səhifə

Bakı. Trend:

Birinci Qarabağ müharibəsinin şəxsiyyəti müəyyənləşdirilən daha
6 itkin-şəhidi dəfn ediləcək.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, hərbçi Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-də
saat 13:00-da Xaçmaz rayonunun Köhnə Xudat kənd qəbiristanlığında
dəfn olunacaq.




İyulun 3-də isə mülki şəxslər Kamalov Bahadur Məhəmməd oğlu saat
12:00-da Kəlbəcər rayonunun Zar kəndi yeni qəbiristanlığında,
Babayeva Mədinə Rəhim qızı saat 13:30-da Kəlbəcər rayonunun
Daşbulaq kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Həmin gün hərbçilər Əhmədov Rauf Əjdər oğlu saat 14:00-da
Goranboy rayonunun Sarov kənd qəbiristanlığında, Musayev Dəyanət
Salik oğlu saat 13:00-da Ucar rayonunun Boyat kənd
qəbiristanlığında, Əliyev Möysüm Murad oğlu isə saat 14:00-da
Füzuli rayonunun Mahmudlu 2 kənd qəbiristanlığında dəfn
ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir