
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini
Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi
arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin
yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu
təsdiqlənib.
Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının
həyata keçirilməsini təmin etməlidir.
Eyni zamanda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Esvatini
Krallığı Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, 2026-cı il mayın 19-da Bakı şəhərində “Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının
İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında
dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin
yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”
imzalanıb.

