
Bakı. Trend:
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Hörmüz boğazından keçid
üçün ödəniş alınmayacağına əminliyini bildirib.
Bu barədə o, jurnalist Maykl Noulza verdiyi müsahibədə
bildirib.
“Hörmüz boğazının rüsumlardan azad olacağına tam əminəm”, – deyə
o qeyd edib.
Vensin sözlərinə görə, ABŞ-nin İran üzərində “hələ də çoxlu
təsir gücü var” ki, İranla ilə bağlı vəziyyətin “Amerikanın
məqsədlərinə uyğun şəkildə həll olunmasını” təmin etsin.

