
Bakı. Trend:
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.
01.07.1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun idarə
etdiyi “VAZ 21064” markalı avtomobil əks istiqamətdə hərəkətdə
olarkən Abbasov Araz Arzum oğlunun idarə etdiyi “Kia Ceed” markalı
avtomobillə toqquşub.
Toqquşmadan sonra A. Osmanovun idarə etdiyi avtomobil
idarəetmədən çıxaraq Şirvan kanalının Göyçay rayonunun Cəyirli
kəndindən keçən hissəsinə aşıb. Nəticədə sürücü hadisə yerində
ölüb.
Faktla bağlı araşdırma aparılır.

