
Bakı. Trend:
Prezident İlham Əliyev Somali Federativ Respublikasının
Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib. Məktubda qeyd olunub:
“Hörmətli cənab Prezident,
Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizi
və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından
ürəkdən təbrik edirəm.
Dostluğa və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Somali
əlaqələri inkişaf edir və genişlənir. İnanıram ki, dövlətlərarası
münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin
potensialından tam istifadə olunması və əməkdaşlığımızın
genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da uğurla
davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost
xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.

