
Bakı. Trend:
Yeni strateji dövrdə həyat tərzi bankçılığını inkişaf etdirən
ABB səyahətsevərlərin imkanlarını daha da genişləndirib. Artıq ABB
mobile-da DigiTravel vasitəsilə AZAL-dan başqa, Türk Hava
Yollarının, həmçinin A-Jet, Pegasus, Lufthansa, FlyDubai da daxil
olmaqla digər bir çox hava yollarının aviabiletlərini də
rahatlıqla, uyğun qiymətə əldə etmək olar. Bu imkan
səyahətsevərlərə daha çox seçim və daha rahat səyahət təcrübəsi
qazandırır. İstifadəçilər tətbiq üzərindən bir çox istiqamətlərə
biletlər axtara, ən uyğun reysləri seçib aviabileti tətbiqdən
çıxmadan ödəniş edərək ala bilərlər.
Qeyd edək ki, ABB son illər həyat tərzi bankçılığının mühüm
tərkib hissəsi kimi səyahətsevərlərin tez-tez istifadə etdikləri
xidmətləri eyni platformada toplamaqdadır. Bank indiyə qədər özünün
ABB mobile tətbiqində səyahət sığortası xidmətini, visa
müraciətləri üçün hesabdan çıxarış və arayışların alınmasını, sırf
səyahət məqsədləri üçün nəzərdə tutulan və səyahətlər zamanı böyük
üstünlüklər verən TravelCard məhsulundan, ödənişlərdən millər
qazandıran ABB-AZAL Miles kartlarından istifadə imkanını, xaricə
səfərlər zamanı internet bağlantısına şərait yaradan ABB-eSIM
xidmətini təqdim edib.
DigiTravel xidməti isə aviabiletləri də ABB mobile tətbiqindən
almaq imkanı yaradır. Bu, xidmət ölkəmizdə məhz ABB-nin həyata
keçirdiyi bir ilkdir. Tezliklə bu imkan bütün istiqamətlərə
uçuşlara aid olacaq.
İstənilən ölkəyə və istiqamətə dünyanın aparıcı hava yollarından
aviabiletlərin alınması imkanı, ödənişlərin tətbiq üzərindən
birbaşa həyata keçirilməsi, mövcud biletləri real vaxtda görərək
qiymətləri müqayisə edə bilmək və bilet rezervasiyası
səyahətsevərlər üçün DigiTravel xidmətinin əsas üstünlükləridir.
Xidmətdən istifadə çox rahatdır. Müştəriyə axtarışlarına uyğun ən
sərfəli seçimlərlə bağlı tövsiyələr də verilir.
ABB səyahətsevərlərin eyni platformadan xidmət almaq imkanlarını
yeni layihələrlə bundan sonra da genişləndirəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.

