I Qarabağ müharibəsində itkin düşmüş hərbçi Yarməmməd Nuriyevin qalıqları Xaçmazda dəfn edilib

Baş səhifə

I Qarabağ müharibəsində itkin düşmüş hərbçi Nuriyev Yarməmməd Maqsud oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün itkin-şəhidlə Xaçmaz rayonunda vida mərasimi keçirilib.

Şəhidin nəşinin qalıqları Xaçmaz rayonu Köhnə Xudat kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Nuriyev Yarməmməd Maqsud oğlu 1961-ci ildə Xaçmaz rayonunun Köhnə Xudat kəndində doğulub.

1993-cü ildə Cəbrayıl rayonunda, Araz çayının yaxınlığında itkin düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir