Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Hava Yolları marşrut şəbəkəsini genişləndirərək
Belçikanın paytaxtı Brüsselə birbaşa müntəzəm uçuşlara başlayır.
Yeni istiqamət üzrə biletlər artıq satışdadır.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı
məlumata görə, Brüssel şəhərinə ilk reys 8 may 2027-ci il tarixində
həyata keçiriləcək.

Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, bazar
ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri yerinə
yetiriləcək.

Yeni marşrut Azərbaycan ilə Belçika arasında işgüzar, turizm və
mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək, həmçinin
sərnişinlər üçün Avropanın aparıcı siyasi, iqtisadi və nəqliyyat
mərkəzlərindən birinə birbaşa və rahat səyahət imkanı
yaradacaq.




Belçikanın paytaxtı Brüssel Avropa İttifaqı və NATO-nun
qərargahlarının yerləşdiyi, qlobal diplomatiya və beynəlxalq biznes
üçün vacib əhəmiyyət daşıyan şəhərlərdən biridir. Bununla yanaşı,
şəhər zəngin tarixi-mədəni irsi, məşhur Grand-Place meydanı,
Atomium kompleksi, muzeyləri, qastronomiyası və özünəməxsus
atmosferi ilə Avropanın ən populyar turizm istiqamətlərindən biri
hesab olunur.

Brüssel həmçinin Avropanın əsas nəqliyyat qovşaqlarından
biridir. Buradan Amsterdama təxminən iki saata, həmçinin
Lüksemburq, Köln və digər şəhərlərə rahat şəkildə çatmaq
mümkündür.

Aviabiletləri rəsmi www.azal.az
saytından, aviaşirkətin mobil tətbiqindən,
kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə
bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir