Qazaxıstanda gələn ay parlament seçkiləri keçiriləcək

Baş səhifə

Qazaxıstanda parlament seçkiləri təyin olunub.

APA xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Respublikası Kurultayına seçkilərin təyin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Qazaxıstanda parlament seçkiləri 23 avqust tarixində keçiriləcək.

Seçkilər yeni Konstitusiyanın qüvvəyə minməsi ilə eyni vaxta təsadüf edir. Yeni əsas qanuna əsasən, əvvəlki ikipalatalı parlament ləğv edilir və onun əvəzinə daha kiçik, birpalatalı qanunverici orqan fəaliyyət göstərəcək. Bundan əlavə, Konstitusiya ilə yeni vitse-prezident vəzifəsi təsis olunur. Bu vəzifəyə təyinatın seçkilərdən sonra həyata keçiriləcəyi gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir