Rusiya Kiyevi bombaladı – ölü sayı durmadan artır

Baş səhifə

Rusiya ötən gecə Ukrayna paytaxtı Kiyevə kütləvi dron hücumu və raket zərbələri endirib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu saata olan məlumata görə, hücumlarda azı 10 nəfər ölüb, 56 nəfər isə yaralanıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenkonun sözlərinə görə, yaşayış binalarına birbaşa zərbələr endirilib. Hazırda dağıntılar altından insanların, o cümlədən həlak olanların cəsədlərinin çıxarılması prosesi davam edir.

Kiyev şəhərinin meri Vitali Kliçko isə 30-dan artıq ünvanda dağıntıların olduğunu deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir