Atatürk parkını tanımayacaqsınız – FOTO

Baş səhifə

Bakının Nərimanov rayonunda yerləşən Atatürk Parkında yenidənqurma işlərinə başlanılıb.

Modern.az-ın əldə etdiyi görüntülərdən məlum olur ki, park ərazisinin bir hissəsi hasarlanıb, tikinti materialları gətirilib və ərazidə hazırlıq işləri aparılır.

Əraziyə ağır texnika cəlb edilib. Hazırda torpaq işləri və yeni konstruksiyaların quraşdırılması üçün hazırlıq işləri görülür.

Hazırda parkın müəyyən hissələrində giriş məhdudlaşdırılıb. Ərazidə beton meydançalar sökülüb, yeni infrastrukturun yaradılması istiqamətində işlər aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir