BMT-nin Azərbaycandakı yeni nümayəndəsi vəzifəyə başladı

Baş səhifə

BMT-nin Baş katibi Antonio Quterreş Dmitri Şlapaçenkonu təşkilatın Azərbaycandakı yeni rezident əlaqələndiricisi təyin edib.

Metbuat.az xəbər verir ki, BMT-nin məlumatına görə, Dmitri Şlapaçenko artıq vəzifəsinin icrasına başlayıb. O, diplomatiya, beynəlxalq əməkdaşlıq və inkişaf sahəsində 28 illik təcrübəyə malikdir. Son olaraq BMT-nin Türkmənistandakı rezident əlaqələndiricisi vəzifəsində çalışıb.

Qeyd edək ki, rezident əlaqələndirici BMT-nin ölkə üzrə ən yüksək vəzifəli nümayəndəsi hesab olunur və təşkilatın Azərbaycandakı fəaliyyətini əlaqələndirir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir