Qazaxıstan 2026-cı ili Süni İntellekt İli elan edib

Baş səhifə

Bakı. Trend:

Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev Xarici İnvestorlar
Şurasının 38-ci plenar iclasında bildirib ki, ölkə cəlb olunan
xarici investisiyaların həcminə görə Mərkəzi Asiyada liderliyini
qorumağı və iqtisadiyyatın rəqəmsal transformasiyasını
sürətləndirməyi hədəfləyir.

Dövlət başçısının sözlərinə görə, mürəkkəb xarici şəraitə
baxmayaraq, ötən il Qazaxıstan iqtisadiyyatı 6,5 faiz artıb, ümumi
daxili məhsulun həcmi isə 300 milyard dolları ötüb. Toplanmış
birbaşa xarici investisiyaların həcmi 150 milyard dollardan çox
olub ki, bu da regiona yatırılan bütün investisiyaların təxminən 70
faizini təşkil edir.

Tokayev həmçinin 2026-cı ili ölkədə Süni İntellekt və Rəqəmsal
İnkişaf İli elan edib.




O bildirib ki, Qazaxıstanda artıq Süni İntellekt və Rəqəmsal
İnkişaf Nazirliyi, eləcə də Süni İntellektin İnkişafı Şurası
yaradılıb. Bundan başqa, Mərkəzi Asiyada ilk superkompüterlər
istismara verilib, Data Center Valley layihəsi və regionun ilk
ixtisaslaşmış süni intellekt universitetinin yaradılması
istiqamətində işlər aparılır.

Prezident vurğulayıb ki, Qazaxıstan rəqəmsal transformasiya
sahəsində liderlərdən birinə çevrilməyi və dünyanın ən böyük
texnologiya şirkətlərini ölkəyə cəlb etməyi planlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir