
Bakı. Trend:
M1 nömrəli ekspres avtobuslara ikinci validator
quraşdırılır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat
yayıb.
Bildirilib ki, metronun “Elmlər Akademiyası” və “28 May”
stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres
marşrutunda yenilik tətbiq edilir.
Avtobuslara sərnişinlərin minməsi prosesini sürətləndirmək və
gözləmə müddətini azaltmaq məqsədilə nəqliyyat vasitələrinə ikinci
oxuma cihazının (validatorların) quraşdırılmasına başlanılıb.
Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil
ola bilərlər.

