Zelenski Hikmət Hacıyevi təltif etdi

Baş səhifə

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın dövlət ordeni ilə təltif edilib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin 21 avqust 2026-cı iltarixli sərəncamında qeyd olunub.

Sərəncama əsasən, Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edilib.

Sənəddə onun bu mükafata dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi mühüm şəxsi töhfəyə, Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünə dəstəyə, həmçinin Ukrayna xalqının tarixi yaddaşının qorunmasına və Ukrayna dövlətinin dünyada tanıdılmasına xidmətlərinə görə layiq görüldüyü bildirilib.

Qeyd edək ki, Ukrayna Prezidentinin sərəncamı ilə müxtəlif ölkələrin dövlət və siyasi xadimləri, hərbçilər, diplomatlar və ictimai şəxslər də müxtəlif dövlət təltiflərinə layiq görülüblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir