
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp sərvəti 1 trilyon dolları ötən
SpaceX şirkətinin təsisçisi İlon Maskı təbrik etdiyini
bildirib.
Tramp bu barədə CNBC telekanalına müsahibəsində danışıb.
“Mən ona bir məktub yazdım və orada qeyd etdim: “Təbrik edirəm,
çox gözəldir”, – deyə prezident bildirib.
ABŞ lideri əlavə edib ki, Maskla “çox yaxşı münasibətləri” var.
Bununla yanaşı, Tramp administrasiyasının ABŞ sakinlərinin hamısını
məcburi şəkildə elektromobillərə keçirməkdən imtina etməsinin Tesla
avtomobil istehsalçısının təsisçisi Maskla arasında “kiçik fikir
ayrılığı” yaratdığını qeyd edib.
“İlon bundan məmnun deyil və mən bunu başa düşə bilərəm. Amma
onun işləri yaxşı gedir”, – deyə Tramp vurğulayıb.

