Şəhid Rauf Əhmədovla şəhid vida mərasimi keçirilir (FOTO)

Baş səhifə

Goranboy: Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Rauf Əhmədovla
Sarov kəndində vida mərasimi keçirilir.

Trend-in
Qarabağ bürosu xəbər verir ki, şəhid Rauf Əhmədovun nəşi 33 ildən
sonra doğulduğu Goranboy rayonunun Sarov kəndinə gətirilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.




Mərasimdə Rauf Əhmədovun ailə üzvləri, yaxınları, Goranboy Rayon
İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, döyüş yoldaşları,
müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak
edirlər.

Xatırladaq ki, Rauf Əhmədov 1969-cu ildə anadan olub. Birinci
Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq Azərbaycan
Ordusunun sıralarına qoşulub. O, Murov, Kəlbəcər, Ağdam və Ağdərə
istiqamətlərində erməni silahlı birləşmələrinə qarşı gedən
döyüşlərdə iştirak edib. Şəhidin sonuncu döyüşü 1993-cü ildə Ağdərə
istiqamətində olub. Həmin döyüş zamanı itkin düşən Rauf Əhmədovdan
uzun illər heç bir xəbər almaq mümkün olmayıb. Aparılan
eyniləşdirmə işləri nəticəsində onun şəxsiyyəti müəyyən edilib və
nəşi ailəsinə təhvil verilib.

Rauf Əhmədov doğulduğu Goranboy rayonunun Sarov kənd
qəbiristanlığında torpağa tapşırılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir