ABŞ qoşunlarını Nigeriyadan çıxarıb

Baş səhifə

Bakı.Trend:

ABŞ bu yaxınlarda Nigeriyada İŞİD yaraqlılarına qarşı həyata
keçirilən əməliyyat üçün yerləşdirdiyi qüvvələrin böyük hissəsini
geri çəkib və hazırda Abucanın müraciəti əsasında Afrika dövlətinə
kəşfiyyat dəstəyi göstərir.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığından
(AFRICOM) bildirilib.




Qeyd edək ki, may ayında ABŞ və Nigeriya qüvvələri Nigeriyanın
şimal-şərqində birgə hərbi əməliyyat keçirərək İŞİD terror
təşkilatının rəhbərlərindən olan Əbu Bilal əl-Minukini məhv
ediblər. Bundan əvvəl isə ABŞ Prezidenti Donald Trampın əmri ilə
Milad günü İŞİD döyüşçülərinə qarşı zərbə endirilmişdi. Tramp
bildirmişdi ki, həmin yaraqlılar Afrika ölkəsində xristianları
hədəfə alırdılar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir