
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-ya ayırdığı xərcləri
tənqid edib.
Ağ Ev rəhbəri öz “Truth Social” sosial şəbəkə hesabında ABŞ və
digər ölkələrin NATO xərclərini əks etdirən qrafik təsvir
paylaşıb.
“ABŞ üçün münasibətlərin qarşılıqlı olmadığı halda bu birtərəfli
yolu davam etdirməyin heç bir mənası yoxdur. Onlar bizim yanımızda
olmadılar”, – deyə ABŞ Prezidenti yazıb.
Təsvirdə ölkələr arasında ən yüksək göstərici ilə ABŞ-nin NATO
xərcləri 999 milyard ABŞ dolları həcmində qeyd edilib.
Tramp əvvəlki paylaşımlarından birində də bildirmişdi ki, ABŞ
NATO-nun müdafiəsi naminə Alyansa digər ölkələrdən daha çox vəsait
xərcləyib, lakin bundan heç bir fayda əldə etməyib.

