“Hondius” kruiz gəmisində hantavirusun yayılması başa çatıb – ÜST

Baş səhifə

Bakı. Trend:

“Hondius” kruiz gəmisində qeydə alınmış hantavirus
infeksiyasının yayılması başa çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru
Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, xəstələrlə təmasda olmuş sonuncu sərnişin
karantin müddətini başa vurub, virus testinin nəticəsi mənfi çıxıb
və o, evinə qayıdıb.




Qeyd edək ki, mayın 25-dən bəri bu virusa yeni yoluxma halları
qeydə alınmayıb.

Xatırladaq ki, Hantavirus infeksiyasının yayılması 2026-cı ilin
aprel-may aylarında Atlantik okeanı üzrə dəniz səyahətinə çıxan “Hondius” gəmisində baş verib. Aprelin 11-də, gəminin Argentinadakı
limandan çıxmasından 10 gün sonra bir Niderland vətəndaşı vəfat
edib. Daha sonra onun həyat yoldaşı və Almaniyadan olan bir
sərnişin də dünyasını dəyişib.

Ümumilikdə yoluxmadan 13 nəfər əziyyət çəkib, onlardan üçü
həyatını itirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir