Dağlıq rayonlarda yağış yağacaq

Baş səhifə

Bakı. Trend:

İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi
rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış
yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı
yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var.




Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə
qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir