Magistral yolda qəza: xəsarət alan var 

Baş səhifə

Ələt-Astara avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, qəza sözügedən magistralın 56-cı kilometrliyində qeydə alınıb. İlkin məlumatlara görə, sükan arxasında olan qadın sürücü idarəetməni itirərək qəza törədib. Hadisə nəticəsində sürücü baş nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb.

Əraziyə dərhal Təcili Tibbi Yardım briqadası və polis əməkdaşları cəlb olunub. Yaralıya ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya təxliyə edilib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən qəzanın başvermə səbəbləri və dəqiq təfərrüatları araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir