Dünya çempionatının oyunları təxirə salına bilər

Baş səhifə

ABŞ-də rekord istilər futbol oyunlarının təxirə salınmasına səbəb ola bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Məlumata görə, ABŞ-də bu həftəsonu gözlənilən ekstremal istilər həm ölkənin Müstəqillik Günü tədbirlərinə, həm də futbol üzrə dünya çempionatının oyunlarına təsir göstərə bilər.

Bildirilib ki, Filadelfiyada keçirilməsi planlaşdırılan Fransa – Paraqvay oyununun yüksək temperatur səbəbindən təxirə salınması və ya gec başlaması istisna edilmir. Mayamidə baş tutacaq Kabo-Verde – Argentina qarşılaşmasının isə yüksək rütubət və təhlükəli istilik şəraitində keçiriləcəyi gözlənilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir