Kolumbiya Qananı məğlub etdi – 1/8 finala yüksəldi

Baş səhifə

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki, Kolumbiya millisi Qana yığması ilə üz-üzə gəlib. Kanzas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0. 14-cü dəqiqədə Con Arias fərqlənib. Bu nəticənin ardından 1/16 final mərhələsinin oyunlarına yekun vurulub.

1/8 finala yüksəlməyi bacaran Kolumbiyanın rəqibi İsveçrə olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir