Messi dünya çempionatında rekorda imza atıb

Baş səhifə

Bakı. Trend:

Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya
çempionatları tarixində ən çox məhsuldar ötürmə edən futbolçu
olub.

Son oyunun nəticələrinə əsasən, hücumçu bu göstərici ilə 1986-cı
il dünya çempionu Dieqo Maradonanı geridə qoyub.

Messi dünya çempionatının 1/16 final mərhələsində Kabo-Verde
yığmasına qarşı keçirilən oyunda məhsuldar ötürmə müəllifi olub.
Bununla da onun dünya çempionatlarının final mərhələlərində
məhsuldar ötürmələrinin sayı doqquza yüksəlib. Dünya
çempionatlarında məhsuldar ötürmələrin rəsmi statistikası 1966-cı
ildən aparılır.




39 yaşlı futbolçu 2023-cü ildən ABŞ-nin MLS təmsilçisi “İnter
Mayami” klubunda çıxış edir. O, daha əvvəl İspaniyanın “Barselona”
və Fransanın PSJ klublarının da formasını geyinib. Messi klub
karyerasında dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA
Superkubokunun və üç dəfə FIFA Klublararası Dünya Kubokunun qalibi
olub.

Argentina millisinin lideri 2022-ci ildə dünya çempionu, 2014-cü
ildə dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya
çempionu, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi
olub. O, rekord sayda – səkkiz dəfə “Qızıl top” mükafatına layiq
görülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir