ABŞ səfirliyi Azərbaycana təşəkkür edib

Baş səhifə

Bakı. Trend:

ABŞ səfirliyi Azərbaycana təşəkkür edib.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” sosial
şəbəkəsində paylaşım edib.

Paylaşımda Azərbaycandan 4 iyul münasibətilə təbriklərin qəbul
edildiyi bildirilib.




“Bu gün Amerikanın 250 illiyi münasibətilə Heydər Əliyev
Mərkəzinin ABŞ bayrağının qırmızı, ağ və mavi rəngləri ilə
işıqlandırılmasını böyük məmnunluq və minnətdarlıq hissi ilə
qarşıladıq”, – paylaşımda qeyd olunub.

Səfirlik vurğulayıb ki, bu görüntü ABŞ-Azərbaycan dostluğunun 30
ildən artıq tarixinin gözəl rəmzi, həmçinin avqustun 8-dən bəri iki
ölkənin birlikdə əldə etdiyi irəliləyişin xatırlatmasıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir