Ağdamda ata və iki övladı su anbarında batıb

Baş səhifə

Ağdam. Trend:

Ağdamda ata və iki övladı su anbarında batıb.

Trend-in
Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Xaçındərbənd
kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

İlkin məlumata əsasən, Ağdam rayonunun Cinli kənd sakini 1985-ci
il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları –
2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il
təvəllüdlü Fidan Şərif qızı İsgəndərli suda batıb.




Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də
Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb
olunub.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir