
Bakı. Trend:
ATƏT Parlament Assambleyasının 4 iyul 2026-cı il tarixində
Niderlandın Haaqa şəhərində keçirilən illik sessiyası öz işinə
başlayıb.
Sessiya çərçivəsində Belarusa qarşı siyasi təzyiq xarakteri
daşıyan bir sıra təşəbbüslər irəli sürülüb.
Belə ki, İsveç nümayəndə heyətinin rəhbəri Byorn Söderin
təşəbbüsü ilə ATƏT PA çərçivəsində “Demokratik Belarus uğrunda”
adlı qeyri-rəsmi qrup yaradılıb, həmçinin Belarusda insan
hüquqlarının vəziyyətinə dair ayrıca qətnamə layihəsi təqdim
edilib. Bu təşəbbüslər sessiyanın gündəliyində Belarus məsələsinin
xüsusi diqqət mərkəzində saxlanıldığını göstərir.
Qətnamə layihəsi üzrə Assambleyanın Daimi Komitəsində keçirilmiş
səsvermə zamanı Azərbaycan nümayəndə heyəti sənədin əleyhinə səs
verib, bununla da Belarusa dəstəyini ifadə edib.

