
Bakı. Trend:
ABŞ-də müşahidə olunan anomal isti hava şəraiti azı 25 nəfərin
həyatına son qoyub.
Bu barədə “NBC News” ştat rəsmilərinə istinadən məlumat
yayıb.
Məlumata görə, ölüm hallarının böyük əksəriyyəti Nyu-Cersi
ştatında qeydə alınıb. Burada istilərin təsiri nəticəsində 22 nəfər
ölüb.
Ştatın Səhiyyə Departamentinin nümayəndəsi Daliya Evaisin
sözlərinə görə, həyatını itirənlər əsasən 30-80 yaş aralığında olan
şəxslərdir. Ölüm faktları 10 dairədə, daha çox isə ştatın mərkəzi
və şimal bölgələrində qeydə alınıb.
Telekanalın məlumatına əsasən, İllinoys ştatında bir,
Missisipidə isə iki nəfər isti hava səbəbindən ölüb. Həlak
olanların bir qismi kondisioneri olmayan evlərdə, digərləri isə
küçədə və ya park edilmiş avtomobillərdə aşkarlanıb.
Qeyd edək ki, iyulun 4-də müşahidə olunan ekstremal istilər
Vaşinqtonda ABŞ-nin Müstəqillik Günü münasibətilə keçirilən
tədbirlərə də təsir göstərib. Milli xiyabanda təşkil olunan bayram
mərasimində bəzi iştirakçılara tibbi yardım göstərilməsi zərurəti
yaranıb.

