Mbappe yeni rekorda imza atdı

Baş səhifə

Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe yeni rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, o, ardıcıl üç dünya çempionatının (2018, 2022 və 2026) 1/8 final mərhələsində qol vuran ilk futbolçu olub.

Forvard ötən gecə Paraqvayla matçın 70-ci dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirib. Həmçinin o, dünya çempionatlarının pley-off mərhələsində vurduğu qolların sayını 11-ə çatdıraraq bu göstərici üzrə rekordunu daha da yaxşılaşdırıb.

Qeyd edək ki, Fransa 1/4 finalda Mərakeşlə üz-üzə gələcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir