Makron 17 il sonra Suriyaya gedəcək

Baş səhifə

Emmanuel Makron 17 il sonra Suriyaya səfər edən ilk Fransa Prezidenti olacaq.

Modern.az xəbər verir ki, bu barədə Suriyanın Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Makron həmçinin 2024-cü ilin sonunda Əhməd Əl Şaraanın hakimiyyətə gəlməsindən sonra Suriyaya səfər edən ilk Qərb lideri olacaq.

Səfərin dəqiq tarixi hələ ki açıqlanmayıb.

Qeyd edək ki, axırıncı dəfə Fransanın sabiq prezidenti Nikola Sarkozi 2009-cu ildə Suriyaya səfər etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir