“Qarabağ” “Borussiya”nın sabiq futbolçusunu transfer edib

Baş səhifə

Bakı. Trend:

Yeni mövsümə hazırlaşan “Qarabağ” növbəti futbolçu transferini
gerçəkləşdirib.

Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi Macarıstanın
“Ferensvaroş” komandasından Cebrail Makreçkisi heyətinə qatıb.

Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26
yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək.
O, 25 nömrəli formanı geyinəcək.




Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan
futbolçu peşəkar karyerası ərzində “Bonner”, “Borussiya”
(Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin”
(Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın
U-19 milli komandasının formasını geyinib.

Qeyd edək ki, Cebrail Makreçkis yay fasiləsində “Qarabağ”ın 8-ci
transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato,
Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi
“Qarabağ”a qoşulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir