Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Baş səhifə

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” ilə “Hyundai” markalı minik maşınları toqquşub.

Qəza zamanı ağır xəsarət alan “VAZ 2106”-nın sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb,1 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir