
Gürcüstanın Bolnisi bələdiyyəsinin Ayorta kənd sakini, 28 yaşlı Fərman Xəlilov Polşada faciəli şəkildə həyatını itirib.
Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə 24News.ge xəbər portalı məlumat yayıb.
Beləki, gənc göldə çimərkən boğularaq ölüb.
Bildirilib ki, F.Xəlilov işləmək məqsədilə bir müddət əvvəl Polşaya yollanmışdı.
Qeyd edək ki, son iki ay ərzində Gürcüstandan olan üç gənc Polşada göldə boğularaq həyatını itirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

