
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Qazax rayonu, Aslanlı kəndində taxıl sahəsində yanğın baş verməsi
barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri
əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi yanğın ətraf ərazilərə
yayılmasına, o cümlədən yaxınlıqda yerləşən fermaya keçməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1 ha sahədə biçilməmiş, 7 ha sahədə biçilmiş
taxıl sahəsi yanıb.
Biçilməmiş taxıl sahələri, o cümlədən yaxınlıqda yerləşən ferma
yanğından mühafizə olunub.

