Şəmkirdə avtomobilllər toqquşdu, ölən var

Baş səhifə

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” ilə “Hyundai” markalı minik maşınları toqquşub.

Nəticədə “VAZ 2106”-nın sürücüsü 1962-ci il təvəllüdlü E.Məmmədov ölüb, xəsarət alan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir