
Şuşa. Trend:
Şuşada “Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə,
köləlik və iztirab gətirən hərəkətlər” mövzusunda panel müzakirə
keçirilir.
Bu barədə Trend-in tədbirdəki müxbiri xəbər verir.
Qeyd edək ki, bu gün Şuşada “Mədəni və etnik müxtəliflik:
tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfrans işə
başlayıb. Konfransa 10 ölkədən vətəndaş cəmiyyəti nümayəndələri
qatılıb, bura Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya,
Almaniya, İsrail, Türkiyə və Gürcüstan daxildir.
Konfrans çərçivəsində “Müstəmləkəçiliyin müasir formaları:
xalqlara faciə, köləlik və iztirab gətirən hərəkətlər” mövzusunda
panel müzakirə təşkil olunub.
Xəbər yenilənəcək

